Elm və Təhsil Nazirliyində YAP-ın 30 illiyi münasibətilə tədbir keçirilib

Elm və Təhsil Nazirliyində YAP-ın 30 illiyi münasibətilə tədbir keçirilib Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə Elm və Təhsil Nazirliyində çalışan veteran partiyaçılarla və partiya sıralarına yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib.
Görüşdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov YAP-ın yaranma tarixindən söz açıb.
Daha sonra Ərazi Partiya Təşkilatının sədri Rauf Orucov, partiya fəalları Əhliyyət Adıgözəlov, Fərzəli Qədirov və digərləri YAP-ın keçdiyi yol, cəmiyyətdə rolu barədə öz fikirlərini bildiriblər.
Görüş zamanı təhsil ictimaiyyətinin partiyanın fəaliyyəti istiqamətində gördüyü işlərdən də bəhs olunub.
İclasda Elm və Təhsil Nazirliyi Ərazi üzrə Partiya Təşkilatının İdarə heyətinin yeni üzvlərinə biletlər təqdim edilib.
Sonda veteran partiyaçılara hədiyyələr verilib.

Tehsil-press.az


Oxşar xəbərlər