BDU-da YAP-ın yaranmasının 30-cu ildönümü qeyd olunub

BDU-da YAP-ın yaranmasının 30-cu ildönümü qeyd olunub Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, “Zahid Xəlilov 23” ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə partiyanın təsis edilməsinin 30-cu ildönümünə həsr olunan tədbir keçirilib.
Ə|vvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb.
Şəhidlərin əziz xatirəsi yad olunub.
Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin moderatoru, professor Zahid Cəfərov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Qeyd olunub ki, YAP-ın yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra YAP inkişafının yeni mərhələsinə qədəm qoyub.
AMEA-nın müxbir üzvü, BDU rektorunun elm və təhsil məsələləri üzrə müşaviri Aydın Kazımzadə ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atdığını, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini diqqətə çatdırıb.
Çıxışda YAP-ın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının rolunun, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyi qeyd edilib.
YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov YAP-ın keçdiyi tarixi yol və 44 günlük Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb. Bildirilib ki, Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Tədbirdə YAP-ın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər