Fransa parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərar Avropanın mərkəzində parlamentarizm institutunun iflasıdır.
Dünən Azərbaycana qarşı qətnamənin müəllifi olan fransız parlamentariləri, əslində, utanmalı və ilk növbədə, öz dövlətlərinin əcdadlarına qarşı cinayət etdiklərini başa düşməlidirlər. Axı dünən onların parlamentarizm, ədalət ideyalarına xəyanət etdikləri zal bir zamanlar mühüm məqsədlərə görə istifadəyə verilmişdi. Hələ 1748-ci ildə "Qanunların ruhu haqqında" əsərini yazan Şarl Monteskyö qeyd edirdi ki, "siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər". İlk dəfə ABŞ tərəfindən, daha sonra Qərbin digər dövlətləri tərəfindən qəbul edilən Monteskyönün "hakimiyyətin tarazlaşdırılması" prinsipi fransız xalqına indiyə qədər başucalığı gətirmişdi.
Fransız tarixinin ən tanınmış filosof və ictimai söz sahiblərindən olan Monteskyö 1721- ci ildə yazdığı "İran məktubları" adlı əsərində azərbaycanlılar haqqında aşağıdakıları qeyd edirdi: "...Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla yarışa bilməz... İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər... Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”.
Lakin çox heyif ki, Makron və onun siyasətbazlar komandası görkəmli fransız tarixçiləri və filosofların onlara qoyduğu intellektual mirasa sahib çıxa bilmədilər. Fransa Konstitusiyasına və prezident seçilərkən xalqına verdiyi anda sahib çıxmayan E. Makronun birbaşa göstərişinə əsasən, dünən Fransanın iqtidarlı - müxalifətli bütün deputatları parlamentə hazır gələn sənədə səs verərək ölkəmizə qarşı düşmənçiliklərini bir daha nümayiş etdirdilər.
Bu, Makron və onun parlamentinin Azərbaycana qarşı ilk addımı deyildi. İki il əvvəl, noyabrın 25-də Yuxarı Palata - Senat, dekabrın 3-də isə Aşağı Palata Milli Assambleya Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi.
Beləcə, biz bu dəfə də Konstitusiyaya görə Fransanın xarici siyasətinə cavab verən Prezident institutunun ölkənin qarşılaşdığı daxili problemlər, miqrasiya çağırışları, sosial və milli-irqi ədalətsizlik, Avropa İttifaqının təhlükəsizliyinə ciddi təhdidlərin olduğu zaman real problemlərlə və çağırışlarla deyil, onlara heç bir aidiyyəti olmayan regionla “məşqul olduğunu” gördük. Makron hökuməti və parlamentinin son 2 ay ərzində mütəmadi olaraq ölkə qarşısında əsas problemlər haqqında deyil, məhz Azərbaycanla bağlı çıxışlar etmələri, Prezidentin dövlət televiziyasında Qarabağdakı separatçıların xəritəsini göstərərək onlara dəstək ifadə etməsi sadə fransız vətəndaşı üçün gözlənilməz və dərkedilməz idi. Hazırda sosioloji sorğuların nəticələrinə görə Fransa Prezidenti Emmanuel Makronun etimad reytinqi iki ayda 6 faiz bəndi azalaraq 32 faiz təşkil edib. “Echos” və “Radio classique” nəşrləri üçün sosioloji sorğu keçirən “Elabe” şirkətinin yaydığı məlumata əsasən, Fransa liderinin reytinqi koronavirus pandemiyasının yaratdığı böhranın başlanğıcından bəri bu qədər aşağı olmayıb. Makronla yanaşı, baş nazir Elizabet Born və hökumətin digər üzvlərinin reytinqi də 30 faizdən aşağı düşüb. Buna ən böyük səbəb vətəndaşların problem və istəklərinin Makron hökuməti tərəfindən nəzərə alınmaması, onun boş-boş işlərlə məşğul olmasıdır.
Doğrudan da, hadisələr göstərir ki, hazırda Fransa dövrünün ən biabırçı çağını yaşamaqdadır. Daxili siyasətdə ideoloji pərakəndəlik və siyasi-iqtisadi baxışlara görə ayrı-ayrı qruplar arasında dərin ziddiyyətlərin getdiyi bir dövrdə rəsmi Paris beynəlxalq münasibətlər sistemində də səriştəsizliyini ortaya qoyub. Özünü Avropanın mərkəzi dövləti sayan, BMT TŞ-nin daimi üzvü Fransa indiyə qədər heç bir beynəlxalq çağırışın öhdəsindən gəlməyi bacarmayıb. Ən son Ukraynadakı müharibədə diplomatiyadan uzaq olduğunu və vasitəçiliyin mahiyyətini anlamadığını, bu sahədə bacarıqsızlığını göstərən Makron təsadüfi deyil ki, fevral ayından indiyə qədər dəfələrlə Ukrayna lideri Zelenski tərəfindən ciddi şəkildə tənqid edilib.
Ukraynadakı müharibədə və Avropa İttifaqının enerji və qiymət artımı ilə qarşılaşdığı bir vaxtda mövcud çağırışları həll etmək gücünə, bacarığına malik olmayan E. Makron görünən odur ki, daha bir məğlubiyyətlə nəticələnəcək siyasətini Cənubi Qafqaz regionunda orta qoydu. Hərçənd, rəsmi Paris artıq çoxdan Qafqaz danışıqlarından uzaqlaşdırılıb. Nəticədə, bu gün rəsmi Bakı nəinki ATƏT-in Minsk qrupunu qəbul etmir, hətta ayrılıqda Fransanın da Azərbaycan-Ermənistan normallaşma prosesində iştirakına qarşıdır. Buna səbəb münaqişələrdə balansı qorumalı olan üçüncü tərəfin diplomatik qaydaları pozması və tərəf seçməsidir. Görünür, diplomatiyada kal olan E. Makron başa düşmür ki, beynəlxalq münaqişələrdə və barışdırıcı proseslərdə nizamlayıcı olmaq üçün balansı qorumaq əsas şərtdir.
Fransanın Cənubi Qafqazdakı proseslərə belə kobud müdaxilə etməsinin digər səbəbi Avrasiyanın orta xəttindəki çox vacib coğrafiyaya sahiblənmək istəyidir. Hazırda Yaxın Şərq və Afrikada nüfuzuna ciddi şəkildə xələl gələn Makron hökuməti əvvəlki hakimiyyətlərin qazandıqları regionları bir-bir itirməkdədir. Misal üçün artıq məlumdur ki, dünənə qədər Afrika qitəsində ən böyük paya sahib olan Fransa Türkiyə tərəfindən sıxışdırılıb. Bunun birinci səbəbi Fransaya qarşı keçmiş koloniyalarda kin və nifrətdir. Tarixi ləkələrlə dolu olan, müharibə və müharibədən sonra daim keçmiş koloniyalarına qarşı cinayətlər törətmiş, xalqları uzun illər əsarətdə saxlayan, dini və etnik mənsubiyyətinə görə yüzlərlə insanı kütləvi şəkildə qətlə yetirən Fransa bütün dünya xalqlarını bezdirən siyasəti ilə məşhurdur. Buna görə Fransa parlamentinin Azərbaycanı ittiham etməyə heç bir haqqı yoxdur. Yaxşı olardı ki, Makron məhz onun hakimiyyəti dövründə dünyada nüfuz itirdiyinin səbəbləri haqqında düşünsün. Misal üçün, Türkiyə Afrikaya yeni daxil olmuş ölkə olsa da, inam, qarşılıqlı maraq və tərəfdaşlıq ruhuna əsaslanan səmimi yanaşması ilə qitənin bir çox ölkəsinin könlünü fəth etməkdədir. Keyptaun Universitetinin araşdırmasına görə, Türkiyə qitədəki ölkələrlə vicdanlı münasibətinə görə Afrika ilə əlaqələrini inkişaf etdirə bilir. Türkiyənin təmiz keçmişi var. Türkiyə Afrikanı heç vaxt müstəmləkəsi etməyib. Türkiyənin qitədə müstəmləkə irsi olmaması afrikalılarla türklər arasında inam yaradır və onun işini asanlaşdırır. Araşdırmaların nəticələri belədir.
Türkiyənin bütün qitədə 40-dan çox səfirliyinin olduğunun qeyd edildiyi araşdırmada bildirilib ki, Ankara on ildən az bir müddətdə qitədə bir çox qurum yaradıb, humanitar yardımlar paylayıb, təhsil təqaüdü verib, məktəblər təsis edib, inkişaf layihələrini dəstəkləyib.
Bəs Fransa nə etdi? 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına baiskar olan Fransa. Bu o Fransadır ki, 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə 12 000 adamı qılıncdan keçirib. Və ya, Mərakeşdə 1907-ci ilin avqustunda "Kasablanka döyüşü" kimi yadda qalan hadisələrdə vətənini müdafiə edən 3 000-ə yaxın insanı qətlə yetirib. 1961-ci ildə isə Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın yerli sakin qətlə yetirilib.
Əslində, bu siyahı çox uzundur. Nəticə budur ki, Fransanın Azərbaycanı hər hansı məsələyə görə günahkar göstərməsinə heç bir haqqı çatmır.
15 noyabr qəbul edilən Qətnaməyə əsasən, “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi" tələb olunur, "Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək" tələb edilir, bununla yanaşı, Fransa hökumətinə "Dağlıq Qarabağda humanitar büro açmaq" təklif edilir, qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması, eləcə də, Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi istənilir.
Göründüyü kimi, absurd təkliflər və reallıqdan uzaq olan istəklərlə dolu olan Qətnamə bir daha sübut edir ki, Fransa heç bir halda bölgədəki proseslərdə yaxından və uzaqdan iştirak edə bilməz. Dünən fransız parlamentariləri tərəfindən qəbul edilən qərar sözsüz ki, Azərbaycan üçün bir kağız parçasıdır. Fakt odur ki, rəsmi Bakı Vətən müharibəsindən bir qədər öncədən başlayaraq bu günə qədər Makronu Cənubi Qafqazdakı proseslərdən neytrallaşdırmağı bacarıb. Fransa unutmasın ki, 44 günlük müharibədəki qələbə təkcə ermənilər üzərində deyil, eyni zamanda 100 il əvvəl “erməni məsələsi”ni formalaşdıran və onlara dövlət quran digər ölkələr üzərində, ilk növbədə Fransa üzərində qələbə idi.

Zaur Məmmədov
Prezident yanında İdarəçilik Akademiyasının ideoloji və sosial məsələlər üzrə müşaviri,
Bakı Politoloqlar Klubunun sədri