Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, ilk növbədə, türk ölkələrində vahid elmi məkanın formalaşmasına, bu ölkələrin elmi qurumları və mühitinin bir-biri ilə sıx inteqrasiyasına xidmət edəcək. Bu, bizim başlıca amalımız olmalıdır. Çünki beynəlmiləl məfhum və varlıq olan elm qapalı məkanda və dar çərçivədə inkişaf edə bilməz. Onun dolğun inkişafı üçün ayrı-ayrı ölkələrin sərhədlərindən kənara çıxıb dünya elmi ilə bütövləşməsi önəmli şərtdir.
Bunu Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev söyləyib. O bildirib ki, bu baxımdan Beynəlxalq Türk Akademiyası türk dünyasında geniş elmi inteqrasiya prosesinə öz töhfəsini verməklə ölkələrimizdə elmi mühitin sağlam və uğurlu inkişafına xidmət etmiş olacaq. Həmçinin ortaq türk tarixi, dili və ədəbiyyatı sahəsində elə mühüm və aktual məsələlər var ki, onların alimlərimizin ümumi səyləri ilə həll olunması çox zəruridir. İnanıram ki, AMEA öz imkanları çərçivəsində bu problemlərin tədqiqi və həlli istiqamətində fəaliyyət göstərəcək.
“Əminliklə deyə bilərəm ki, AMEA-nın müasir, professional elmi mərkəz kimi inkişafı və onun beynəlxalq elmi məkanda nüfuzunun yüksəldilməsi istiqamətində əlimdən gələn dəstəyi göstərəcəyəm. Gələcək layihələrə gəldikdə isə düşünürəm ki, konkret layihələri açıqlamaq üçün bir qədər zamana ehtiyac var. Təbii ki, mənim nəzərdə tutduğum bir neçə beynəlxalq layihə var. Onlar yalnız türk ölkələrinin elmi dairələri ilə müzakirələrdən və ortaq mövqe əldə edildikdən sonra AMEA-nın elmi proqramında yer ala bilər”, - deyə akademik Şahin Mustafayev bildirib.
Tehsil-press.az