Təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclasında iştirak edib.
İclasda çıxış edən təhsil naziri türk dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini, o cümlədən ortaq dərsliklərin hazırlanmasının önəmini vurğulayıb. Həmçinin Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə təhsil sahəsində mövcud olan əməkdaşlıq proqramlarının miqyasının artırılmasının vacibliyini qeyd edib. Təhsil naziri Beynəlxalq Türk Akademiyasının fəaliyyət planında yer alan tədbirlərdən birinin il ərzində Şuşada keçirilməsini təklif edib.
Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclası çərçivəsində təhsil naziri Emin Əmrullayev və Qırğız Respublikasının təhsil və elm naziri Almazbek Beyşenaliyev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Nurbek Sayasət ilə keçirilən ikitərəfli görüşlərdə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, bir sıra təkliflər səsləndirilib.
Həmçinin təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının binasının qarşısında təşkilatda müşahidəçi statusu alan Özbəkistanın bayrağının qaldırılması mərasimində iştirak edib.
Daha sonra təhsil naziri Qazaxıstanın ictimai-siyasi xadimlərindən biri Əhməd Baytursınovun anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. O, Əhməd Baytursınovun qazax və türk dünyasının təhsil, elmi, mədəni yaradıcılığına verdiyi töhfədən bəhs edib və türk dünyası mütəfəkkirlərinin həyat və yaradıcılığının, irsinin araşdırılması, dünyada təbliğ olunmasının türkdilli dövlətlər arasında mənəvi və mədəni əlaqələri daha da möhkəmləndirdiyini bildirib.
Tehsil-press.az