ADPU-da yaşıl iqtisadiyyata keçid və iqlim dəyişmələrinə qarşı mübarizə məsələləri müzakirə olunub

ADPU-da yaşıl iqtisadiyyata keçid və iqlim dəyişmələrinə qarşı mübarizə məsələləri müzakirə olunub Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində “Yaşıl iqtisadiyyata keçid, iqlim dəyişmələrinə qarşı mübarizə, o cümlədən ozon təbəqəsinin mühafizəsi” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə ADPU-nun Tədris departamentinin Məzun, Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova giriş sözü ilə çıxış edərək seminarın mövzusu və ekspertlər haqqında məlumat verib.
Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri dosent Fuad Hümbətov və Xidmətin İqlim dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova “İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan Respublikasının fəaliyyəti, COP27 İqlim sammiti” mövzusunda, İqlim dəyişmələri Mərkəzinin baş mütəxəssisi Röya Əfəndiyeva isə “İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri: Senday çərçivəsi” mövzusunda təqdimatlarla çıxış ediblər.
ADPU-nun coğrafiyaçı alimləri və tələbələr tərəfindən olduqca maraqla qarşılanan seminar sual-cavab sessiyası ilə davam edib.
Sonda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən təşkilati dəstəyə görə ADPU-nun rəhbərliyinə və seminarda fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər