Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində "Qarabağ və Şərqi Zəngəzur çaylarının hidroekoloji vəziyyətinin qiymətləndirilməsi" mövzusunda elmi seminar keçirilib.
Fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi elmi seminarda Ümumi coğrafiya kafedrasının müdiri coğrafiya elmləri doktoru Məhəmməd Abduyevin məruzəsi dinlənilib.
Qeyd edək ki, elmi seminar cari ilin "Şuşa İli" kimi qeyd olunması, həmçinin işğalda azad olunan ərazilərin "Yaşıl zona" elan edilməsi ilə bağlı xüsusi aktuallığı ilə seçilir.
Sonda dosent Mətanət Əsgərova məruzə ilə bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az