Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Şirvan çaylarının su və gətirmələr axımında müasir trendlərin qiymətləndirilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
Hidrometeorologiya kafedrasının dissertantı Anar Nuriyev mövzu ilə bağlı məruzə edib. Məruzədə son dövrlər iqlim dəyişmələri ilə yanaşı, su ehtiyatlarından istifadədə antropogen təsirlər və su ehtiyatlarının çay hövzəsindən götürülməsi ilə çay axımının ümumi həcminin azalması haqqında məlumat verilib. Şirvan çaylarının çoxillik axımının dinamikası və il daxilində dəyişməsi təhlil olunub, iqlim dəyişmələrinin ərazinin su ehtiyatlarına təsiri, həmçinin illik axımın fəsillər üzrə dəyişməsi və asılı gətirmələr axımı tədqiq edilib. Bundan başqa gətirmələr axımı ilə su sərfi arasında əlaqələr təhlil olunaraq, alınmış məlumatlar əsasında tərtib olunmuş ərazinin bulanıqlıq xəritə sxemi təqdim olunub.
Mövzu ətrafında fakültə əməkdaşları - Məqsəd Qocamanov, Yaqub Qəribov, Həbibə Soltanova, Elxan Nuriyev, İradə Əliyeva, Sabir İskəndərov, Rəşad Sədullayev və başqaları çıxış ediblər.
Onlayn elmi seminarda, həmçinin “Su ehtiyatlarının əhəmiyyəti və su qıtlığının yaratdığı problemlər”, “Arazboyu düzənliklərin müasir arid landşaftlarının idarə edilməsi”, “Geomatika və geomatik modelləşdirmənin nəzəri-praktiki əsasları”, “Mil və Muğan düzlərinin müasir təbii landşaftlarının təhlili” və “Azərbaycanda halal turizmin formalaşması və inkişafı perspektivləri” mövzularında çıxışlar dinlənilib.
Tehsil-press.az