ADPU-da TED Universitetinin rektoru ilə görüş

ADPU-da TED Universitetinin rektoru ilə görüş Türkiyə Respublikasının TED Universitetinin rektoru professor İhsan Sabuncuoğlu Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov, prorektorlar dosent Eldar Aslanov, Mahirə Hüseynova, Könül Pirverdiyeva, Filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Təlim-tədris Mərkəzinin müdiri Xalidə Həmidova iştirak ediblər.
Tərəflər bu yaxınlarda Ankarada keçirilən görüşün davamı olaraq ali təhsil müəssisələri arasında tədqiqat və akademik istiqamətlərdə əməkdaşlıq mexanizmlərinin qurulması yollarını müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər