Sabunçu rayonu Maştağa qəsəbəsindəki 209 nömrəli tam orta məktəbin VIII-IX siniflərində təhsil alan 35 şagird Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olub.
Görüş Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin (GRQM İB) “Gender məktəbi üzrə fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə töhfə verməkdir.
Əvvəlcə universitetdə şagirdlərlə görüş keçirilib. Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, GRQM İB-nin sədri Məleykə Əlizadə, 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva, həmçinin məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirdə təhsil sahəsində gender bərabərliyinin təşviqinin əhəmiyyətindən söz açılıb, xüsusən genderə həssas bölgələrdə ictimai maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Çıxışlarda yuxarı sinif şagirdlərinin ali təhsil müəssisələrinə ekskursiyalarının onların dünyagörüşü və peşə-ixtisas seçimində rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, məktəb-icma birliyinin yaradılması konsepsiyası çərçivəsində bu görüş valideynlərlə birgə təşkil edilib.
Görüş zamanı ADPU-nun tələbə təşkilatlarının fəalları tərəfindən şagirdlərə dəstək vermək məqsədilə mentorluq proqramının icra olunması qərara alınıb.
Daha sonra şagirdlər universitetlə tanış olublar. Universitetin Heydər Əliyev Muzeyi, “Zəfər” stendi, STEAM Mərkəzi, Kitabxana-İnformasiya Mərkəzi və tədris auditoriyalarını gəzən şagirdlər çay süfrəsi ətrafında təəssüratlarını bölüşüblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov şagirdlərlə görüşərək səmimi söhbət edib. Onların əksəriyyəti gələcəkdə müəllimlik peşəsinə yiyələnmək arzularını dilə gətirib.
Qeyd edək ki, layihə çərçivəsində Bakıətrafı digər kənd məktəblərinin də şagirdlərinin universitetə ekskursiyası təşkil olunacaq.
Tehsil-press.az