Növbəti “GRE: General Test” imtahanı keçiriləcək

Növbəti “GRE: General Test” imtahanı keçiriləcək Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı dekabrın 1-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.
Imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumat DİM-in səhifəsində yerləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər