Dağıstanlı alim Fizika İnstitutunda

Dağıstanlı alim Fizika İnstitutunda Rusiya Elmlər Akademiyasının Dağıstan filialının sabiq sədri, professor İbrahimxəlil Kamilov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.
Görüşdə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov qonağa rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
İ.Kamilov Fizika İnstitutunda akademik Həsən Abdullayevin rəhbərliyi dövründə olduğunu söyləyib. O, akademik Həsən Abdullayev və Azərbaycanın digər aparıcı fizik alimləri haqqında fikirlərini bölüşüb.

Tehsil-press.az

Oxşar xəbərlər