Ukraynanın Rusiya qarşısında təhlükəsizlik üçün 4 şərti...

Ukraynanın Rusiya qarşısında təhlükəsizlik üçün 4 şərti... Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya Rusiya ilə danışıqlar üçün ilkin şərtləri açıqlayıb.
Araxamiya ölkəsinin Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu, lakin bunun üçün qarşı tərəfin 4 şərti yerinə yetirməsinin vacibliyini vurğulayıb.
"- Ölkəmizin ərazisini tərk etmək;
- Kompensasiya ödəmək;
- Bütün hərbi cinayətkarları cəzalandırmaq;
- Nüvə silahlarını könüllü olaraq təslim etmək.
Bundan sonra biz danışıqlar masası arxasına oturmağa və təhlükəsizlik zəmanətləri barədə danışmağa hazırıq”, - o bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər