Konqoda silahlı münaqişə: Azı 300 nəfər həlak olub

Konqoda silahlı münaqişə: Azı 300 nəfər həlak olub Konqo Demokratik Respublikasında (KDR) son bir həftədə M23 adlı üsyançı silahlı qruplaşma ilə hökumət qüvvələri arasında silahlı münaqişədə azı 300 nəfər həlak olub.
KDR-in dövlət naziri Julien Paluku qruplaşmaya daxil olan silahlıların təkcə Şimali Kivu əyalətində 100-dən çox mülki şəxsi qətlə yetirdiklərini bildirib. Həlak olanların 17-si azyaşlıdır. Onun sözlərinə görə, bu bölgənin sakinləri evlərini tərk etməyə məcbur olublar. Üsyançı qruplaşmanın başçıları hökumətlə danışıqlardan da imtina ediblər.
BMT-nin KDR-də yerləşən sülhməramlı qoşunlarının komandanlığı hökumətlə birlikdə ağır cinayətlərin təhqiqatına başlayıb. Təhqiqat qrupu əyalət sakinlərini köməyi ilə silahlı qruplaşmanın üzvlərinin qətlə yetirdikləri dinc sakinlərin basdırıldığı kütləvi məzarlıqları aşkar ediblər.
M23 üsyançı qruplaşması Konqodakı tutsilərdən ibarətdir. Bu icma 1994-cü ildə Ruandadakı soyqırımı aktından sonra KDR-ə köçüb.

Tehsil-press.az



Oxşar xəbərlər