Tələbələr QİÇS-lə mübarizə haqqında maarifləndirilib

Tələbələr QİÇS-lə mübarizə haqqında maarifləndirilib Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə həftəsi” çərçivəsində Turizm və Menecment Universitetində (ATMU) müayinə və maarifləndirmə tədbiri keçirib.
Tədbir insan sağlamlığına təhlükə sayilan İmmun çatışmazlığı Virusunun (İİV) yayılması təhlükəsinin qarşısını almaq və tələbələri sağlam həyat tərzi barədə məlumatlandırmaq məqsədilə təşkil edilib. Tədbirdə təcrübəli həkimlər tərəfindən İİV/QİÇS-lə bağlı xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinə və müalicəsi kimi məsələlərə aydınlıq gətirilib. İİV testindən keçmənin könüllü olduğu diqqətə çatdırılıb.
İştirakçılara QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən nəşr olunan İİV/QİÇS-ə aid broşür və bukletlər təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər