Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Dünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbirlər təşkil edilib, həmçinin şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb.
Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri İİV/QİÇS virusu, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Tədbirlərdə məktəblilərə Dünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Həmçinin ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. İİV/QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.
Tədbirlərdə QİÇS-in ağır fəsadlarından bəhs edən videoçarxlar nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
BŞTİ-nin Mətbuat Xidməti