Bu ölkə Şengen zonasına daxil edildi

Bu ölkə Şengen zonasına daxil edildi Avropa İttifaqı Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib.
Bununla bağlı Aİ-nin daxili işlər nazirlərinin görüşü zamanı qərar verilib.
Qeyd edək ki, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Malta, Polşa, Slovakiya və Sloveniya 2007-ci ildə Şengen zonasına qoşulub.
Həmçinin, 2008-ci ildə Aİ-nin üzvü olmayan İsveçrə də bölgəyə daxil edilib.
Xatırladaq ki, Xorvatiyanın qoşulması ilə 27 ölkənin üzv olduğu Şengen bölgəsinə 60-dan çox ölkənin vətəndaşları vizasız gedə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər