Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin müəllim və tələbələrinin yaradıcılıq sərgisi keçirilib.
Tədbirdə amiqurumi oyuncaqlarının hazırlanması prosesini əks etdirən videoçarx göstərilib. Estetik zövqlə hazırlanan oyuncaqların ekoloji xüsusiyyətləri haqqında məlumat verilib.
Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi Şəms Bünyatovanın kişi və qadın başlanğıclarını - iki şəxsiyyət tipini əks etdirən portretləri maraq doğurub. Hər iki başlanğıcın harmoniyada olması insanın yaradıcılığına və özünəinamına təkan verir. Bu münasibətin ziddiyyətli olması, “mən”lərin sosial həyata düzgün inteqrasiya olunmaması isə şəxsiyyətin mənəvi və sosial uçuruma düşməsinə səbəb olur.
Fakültənin magistrantı Aynur Rəhmanzadənin mandala naxış sənətinə dair rəsmləri, III kurs tələbəsi Leyla Salmanovanın Azərbaycan bayrağı fonunda təbiət mənzərəsi, I kurs tələbəsi Alsu Nuriyeva oriqami üslubunda hazırladığı əl işləri, rəngli kağızlardan hazırladığı 10 ədəd böyük və kiçik ölçülü vaza, müxtəlif fiqurlar sərgi iştirakçılarının diqqətini cəlb edib.
Sərgidə, həmçinin sosial iş kafedrasının dosenti Rəna Məmmədova, Psixologiya kafedrasının müəllimi İlahə Hacıyevanın portret və peyzajları, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müəllimi Şəlalə Salmanovanın gildən əl işləri, Sosiologiya kafedrasının müəllimi Leyla Fayruşinanın hazırladığı amiqurumi oyuncaqları nümayiş olunur.
Tehsil-press.az