Mədəniyyət və İncəsənət Universitetində “İpək kimi” batika sərgisi təşkil edilib

Mədəniyyət və İncəsənət Universitetində “İpək kimi” batika sərgisi təşkil edilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “İpək kimi” batika sərgisi təşkil edilib.
Sərgidə universitetin Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının təsviri incəsənət müəllimliyi ixtisası üzrə məzunları və II kurs tələbələrinin əsərləri nümayiş etdirilib. Təsviri sənət kafedrasının müəllimi Şəhla Abbasovanın rəhbərliyi ilə keçirilən sərgidə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və sənətsevərlər iştirak ediblər.
Tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova qeyd edib ki, bu, 2022-2023-cü tədris ilində universitetin ilk rəsm sərgisidir və əsas özəlliyi tələbələrin əsərlərindən ibarət olmasıdır. Bütün tələbələrə uğurlar arzulayan rektor bu cür sərgilərin davamlı olacağını bildirib.
Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarov, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri Aslan Xəlilov, xalq rəssamları Xanlar Əhmədov və Arif Əziz çıxış edərək sərginin özəlliklərindən danışıb, tələbələrə gələcək yaradıcılıqlarında uğurlar arzulayıblar.

Tehsil-press.az

Oxşar xəbərlər