BDU-da genom redaktəsinə dair seminar

BDU-da genom redaktəsinə dair seminar ABŞ-ın Missuri Universitetinin professoru, genom redaktəsi üzrə tanınmış alim Binq Yanq Bakı Dövlət Universitetində (BDU) seminar keçib.
“Bitkilərdə genom redaktəsi” adlı seminarda öncə Missuri Universitetinin fəaliyyəti, tədqiqat sahələri və laboratoriyaları haqqında məlumat verilib.
Sonra seminar çərçivəsində bitkilərin müxtəlif stres faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin təyin edilərək mutasiya olunması, plazmid konstruksiyası və bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə streslərə davamlı genotiplərin yaradılması, bitkilərdə genomun redaktə edilmə texnologiyasının mexanizmləri izah edilib.
Eyni zamanda, genomun redaktəsi texnologiyası vasitəsilə bitkilərdə CRISPR/Cas 9 rolu və sgRNA (bələdçi RNT) dizayn olunması üsulundan danışılıb.
Binq Yanq “tal – effector nuclease” və “zinc finger nuclease” texnologiyaları vasitəsilə genomun redaktə olunmasının üstünlüklərini, düyü bitkisində SWEET genlərinin susdurulmasının Xanthomonos cinsinə aid bakteriya növlərinin törətdiyi xəstəliklərə qarşı davamlılığının əhəmiyyətini qeyd edib.
Genom redaktəsinin tətbiqi və ərzaq təhlükəsizliyi istiqamətində son illər aparılmış tədqiqatların nəticələri və effektivliyinə dair müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər