Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Oksford Universitetində təhsilini davam etdirir

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı Oksford Universitetində təhsilini davam etdirir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Gülnar Abdullayeva Oksford Universitetində doktorantura təhsilini davam etdirir.
2018-ci ildə institutun molekulyar biologiya ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirən Gülnar Abdullayeva İslam İnkişaf Bankının PhD təqaüd proqramının qalibi olaraq, dünyanın bir sıra aparıcı universitetlərindən dəvət almışdı. 2019-cu ilin sentyabrından o, Oksford Universitetində 4 illik doktorantura təhsilinə başlayıb.
Hazırda Gülnar Abdullayeva doktorantura təhsilinin ilkin imtahanlarından uğurla keçərək əsas “DPHIL” pilləsinə keçid alıb. Burada molekulyar biotexnologiya, mikroskopiya, genomiks və genlərin tənzimlənməsi, molekulyar klonlaşdırma, proteomiks, metabolomiks, bioinformatika, struktur biologiyasının əsas prinsipləri kimi fənlər tədris olunur. Gənc tədqiqatçı CRISPR/Cas9 genom redaktə texnologiyası, Mass Sitometriya, kök hüceyrə biologiyasında tətbiq olunan qabaqcıl metodlara yiyələnir.

Tehsil-press.az




Oxşar xəbərlər