BDU-da bitki-patogen əlaqəsi araşdırılıb

BDU-da bitki-patogen əlaqəsi araşdırılıb Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında Elm Gününə həsr olunan elmi seminar keçirilib.
Seminarda BDU-nun Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müəllimi Nurlan Əmrahovun “Patogen və bitkilərin qarşılıqlı əlaqəsinin tədqiqinin təbiətin sabitliyində rolu” mövzusunda məruzəsi dinlənilib.
N.Əmrahov qeyd edib ki, patogenlərin (bakteriya, göbələk, virus və zərərvericilərin) neqativ təsirləri bitkilərin müxtəlif toxumalarını zədələyir, toksinlərin toplanmasına və təbiətdə mübadilə proseslərinin son halqası kimi insan orqanizminə zərər vurulmasına səbəb olur. Bu isə təbiətin tarazlığının pozulması ilə nəticələnir. Mikroorqanizmlərin insan həyatına olan neqativ təsiri, qidaların keyfiyyətinin pozulması, ekzotoksinlərlə zəhərlənmələr sonda insanların yoluxmuş ərazilərdən kütləvi miqrasiyasına səbəb olur. Mikroorqanizmlərin mənfi təsirlərinin azaldılması və ya aradan qaldırılması prioritet məsələdir.
Nurlan Əhmədovun məruzəsində müxtəlif neqativ faktorların təsirinə məruz qalan bitkilərin kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi, immun mexanizmlərinin patogenləri müəyyənləşdirməsi (ilkin identifikasiyası-liqand-reseptor əlaqəsinin formalaşması hesabına), məhv etməsi tam araşdırılıb, bitki-patogen əlaqəsi ətraflı izah olunub.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər