Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramına dair məlumat sessiyası keçirilib.
ADA Universitetinin əməkdaşı Leyla Əliyevanın təqdimatı ilə keçirilən tədbirdə BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Tətbiqi riyaziyyat və kibernetika, Fizika fakültələrinin elmi işlər üzrə dekan müavinləri və III-IV kurs tələbələri iştirak ediblər.
L.Əliyeva “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində “Kompüter elmləri və Data analitikası”, “Elektrik və elektroenergetika mühəndisliyi” ixtisasları üzrə ADA Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan ikili diplom proqramları haqqında məlumat verib. Bildirilib ki, tələbələr qeyd olunan proqramlarda iki il təhsil almaqla iki ixtisas və iki diplom qazanmaq şansı əldə edirlər. Hər iki proqramda tədrisin müəyyən hissəsi (3 semestr) Bakıda - ADA Universitetində, qalan hissəsi (2 semestr) Vaşinqtonda - Corc Vaşinqton Universitetində tədris olunur.
Bu proqramlarda təhsil alan tələbələrin bütün xərcləri dövlət tərəfindən qarşılanır. Bütün xərclər dedikdə, hər iki universitetin təhsil haqları, Vaşinqtona səyahət-viza və yaşayış xərcləri nəzərdə tutulur. Proqramlar üçün qəbul şərtləri demək olar ki, eynidir. Bakalavr təhsilinin uyğunluğu (texniki sahələr) və Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin yüksək olması (minimum 78 və daha yuxarı) əsas şərtlərdən biridir. Namizəd, həmçinin Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanında iştirak edərək minimum 45 bal toplamalıdır. İkili diplom proqramlarına müraciət üçün akademik ingilis dili biliyini təsdiq edən sənəd (IELTS Academic 7.0, TOEFL 100 və ya Duolingo 120) də tələb olunur.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az