2022/2023-cü tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbi arasında beynəlxalq ikili diplom proqramı üzrə magistratura səviyyəsinə dövlət sifarişi əsasında menecment (təhsilin təşkili və idarə olunması) ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.
Müvafiq beynəlxalq proqrama qəbul olunmaq üçün sənədlərini təqdim etmiş və müvafiq Dövlət İmtahan Mərkəzində magistratura imtahanı vermiş 120 namizədin Corc Vaşinqton Universitetinin tələbə qəbulu ofisi tərəfindən ilkin seçimi aparılıb və 56 nəfər müsahibə mərhələsinə keçib. Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin nümayəndələri Bakıda 56 namizədlə müsahibə apararaq, ən layiqli 40 nəfəri müəyyən ediblər.
İyulun 26-da Bakı şəhərində işə başlayan ikili diplom proqramına yeni qəbul olmuş magistrantlar üçün yay institutunun açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafi Məktəbinin professoru doktor Kolin Qrin, Corc Vaşinqton Universiteti tərəfindən proqramın direktoru Sevinc Məmmədova və ADPU tərəfindən proqramın direktoru Tofiq Əhmədov iştirak edib. Üç gün davam edəcək tədbirdə magistrantlara proqram çərçivəsində akademik proses və qaydalar, qiymətləndirmə meyarları, tədqiqat və təcrübə proqramları haqqında məlumat veriləcək və sualları cavablandırılacaq.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən bu proqram üzrə cari ildə ilk 22 nəfər məzun olub. Növbəti tədris ilində proqram çərçivəsində iki kursda 65 nəfər dərsə başlayacaq.
Tehsil-press.az