BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin seçim turları keçirilib

BDU-da “İnnovativ gənc mühəndislər” layihəsinin seçim turları keçirilib Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsində qalib olan “İnnovativ gənc mühəndislər” layihəsinin seçim turları keçirilib.
Layihənin rəhbəri Orxan Güləhmədov iştirakçılara seçim turları, təlimlər və qaliblərin seçilməsi prinsipləri barədə ətraflı məlumat verib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, layihə gənclərin elmi-texniki biliklərini daha da inkişaf etdirəcək.
Seçim turlarında iştirakçılara 27-si intellektual, 8-i isə elmi-texniki xarakterli olmaqla 4 variant, 35 sualdan ibarət test tapşırıqları təqdim edilib. Seçim turları 50-dən çox iştirakçı arasında bir saat ərzində keçirilib və hər iki turun nəticələrinə əsasən, təlim mərhələsinə keçən 20 nəfər iştirakçının adı müəyyən edilib.
Layihənin əsas məqsədi gənclərin elmi-texniki, praktiki bacarıqlarını, intellektual səviyyələrini inkişaf etdirmək, dövlət gənclər siyasətinin reallaşdırılmasına dəstək olmaq, gənclərdə yaradıcılıq işlərinə marağı artırmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər