Fevralın 21-də Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilati dəstəyi ilə Filologiya fakültəsinin III tədris ili tələbəsi Lamiyə Rzayevanın layihə rəhbəri olduğu “Sabaha baxış” layihəsi çərçivəsində Heydər Əliyev məktəbinin lektoriyasında iştirakçı tələbələrlə ilk görüş keçirilib. Qeyd edək ki, layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırmaq, sosial fəallığını inkişaf etdirmək, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova giriş sözü ilə çıxış edərək mütaliənin əhəmiyyətindən, onun gənclərin bir şəxsiyyət kimi formalaşmasındakı rolundan söz açıb, tələbələrlə öz təcrübələrini bölüşüb, onlara uğurlar arzulayıb.
Tədbirin moderatoru, V tədris ili tələbəsi, TGT-nin sədri Taleh Budaqov iştirakçı gəncləri salamlayaraq onlara son illər ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsi təcrübəsindən məlumat verib, hər bir gənci həm tədrisdə, həm mütaliədə, həm də ictimai fəaliyyətdə fəal iştiraka çağırıb.
Layihə rəhbəri Lamiyə Rzayeva öncə layihənin ideyasının necə yarandığı, layihənin icrasında Gənclər Fondunun, ADPU-nun rəhbərliyinin və ictimai təşkilatlarının ona yaxından kömək göstərmələrini qeyd edərək bildirib ki, hər bir gənc addım atmaq istəyərsə, bunu mütləq bacaracaq. Çünki onun arxasında dayanan müstəqil və məqsədyönlü bir dövlət var. O, iştirakçılara uğurlar arzulayıb.
Sonra müsabiqənin münsiflər heyəti elan olunub və münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənilib. Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edib, əsər əsasında esse yazacaqları əsərlərin adları açıqlanıb. Bunlar Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir.
Daha sonra mövzu ilə bağlı iştirakçılarla müzakirələr aparılıb.
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi