Türkiyənin Dokuz Eylül Universitetinin rektoru, professor Nükhet Hotarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Türkiyə universitetləri ilə AzMİU arasında sıx əlaqələrin qurulduğunu deyən rektor Gülçöhrə Məmmədova Dokuz Eylül Universiteti ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Sonra o, rəhbərlik etdiyi universitet, onun tarixi, fakültə və ixtisasları barədə qonaqlara geniş məlumat verib. Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev təqdimatla çıxış edərək, universiteti qonaqlara vizual tanıdıb.
Nükhet Hotar da xoş qarşılanma və görüş üçün AzMİU rəhbərliyinə təşəkkür edib. Xanım rektor təməli bu gün qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb. O bildirib ki, Türkiyənin İzmir şəhərində yerləşən Dokuz Eylül Universiteti 1982-ci ildə qurulub. Hazırda 81 mindən çox tələbənin oxuduğu universitetdə təhsil türk və ingilis dillərində aparılır. Universitetin 10 institutu, 17 fakültəsi, 3 məktəbi, 1 konservatoriyası, 6 peşə məktəbi, 1 Tətbiqi və Araşdırma Xəstəxanası və 60 Tətbiqi Araşdırma Mərkəzi var.
Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AzMİU-nun Mətbuat Xidməti