Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsinə 2022-2023-cü tədris ili üzrə 552 tələbə qəbul olub. Onlardan 347 nəfəri, başqa sözlə, 60 faizi bakalavr təhsilini başqa ali təhsil müəssisələrində alıb.
Bu sözləri AzMİU-nun Magistratura mərkəzinin direktoru dosent Rövşən Səmədov universitetin Elmi şurasında “2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” adlı hesabat çıxışında deyib.
Mərkəzin direktoru bildirib ki, başqa ali təhsil müəssisələrinin məzunları arasında AzMİU-nu seçənlərin sayında artım müşahidə olunur: “Artım tempi 2019-2020-ci tədris ilindən etibarən davam edir. Belə ki, AzMİU-ya magistratura səviyyəsi üzrə qəbul olan tələbələrin 2019-2020-ci tədris ilində 56 faizi, 2020-2021-ci tədris ilində 57 faizi, 2021-2022-ci tədris ilində 69 faizi, cari tədris ilində isə 60 faizi başqa universitetlərin məzunları olub. Apardığımız təhlillər göstərir ki, son illər universitetdə həyata keçirilən elmi-texniki yeniliklər, tədris laboratoriyalarının gücləndirilməsi, şəffaf imtahan prosesinin təşkili və yaradılan bu kimi digər imkanlar ümumilikdə qəbulun səviyyəsinin, o cümlədən başqa ali təhsil müəssisələrinin məzunların arasında AzMİU-nu seçənlərin sayının yüksəlməsinə səbəb olub”.
Rövşən Səmədov əlavə edib ki, 2022/2023-cü tədris ilində AzMİU-nun magistratura səviyyəsinə tələbə qəbulu üzrə plan yeri 92 faiz yerinə yetirilib.
Tehsil-press.az