Bu il BDU-nun “SABAH” qruplarını 257 məzun bitirir

Bu il BDU-nun “SABAH” qruplarını 257 məzun bitirir Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarını 2021-2022-ci tədris ilində 257 məzun bitirir.
BDU-nun “SABAH” qruplarında bu dərs ilində 9 ixtisas (psixologiya, hüquqşünaslıq, kompüter elmləri, coğrafiya müəllimliyi, fizika müəllimliyi, biologiya müəllimliyi, tarix müəllimliyi, riyaziyyat müəllimliyi, kimya müəllimliyi), 29 qrup üzrə 728 tələbə təhsil alıb.
Azərbaycanın 12 ali məktəbindəki “SABAH” qrupları arasında ən çox ixtisas və tələbə sayı BDU-dadır. Bu il BDU-nun “SABAH” qruplarından 257 nəfər olur.
Ümumilikdə, son 6 ildə BDU-nun “SABAH” qruplarından 1375 tələbə məzun olub. Ötən il universitetin “SABAH” məzunlarından 155 nəfəri Azərbaycanda, 17 nəfəri isə xaricdə magistraturaya qəbul olunub. BDU-nun “SABAH” qrupunun ötənilki məzunlarından 23-ü yerli və xarici ölkələrin ali təhsil müəssisələrində doktoranturada təhsil alır.
“SABAH” ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2014-2015-cü tədris ilində yaradılıb.

Tehsil-press.az



Oxşar xəbərlər