BDU-nun tələbə-könüllülərinə təşəkkürnamələr verilib

BDU-nun tələbə-könüllülərinə təşəkkürnamələr verilib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin ictimai həyatında fəal iştirak edən bir qrup tələbə-könüllü ilə görüşüb.
Görüşdə rektor ölkəmizdə uğurla həyata keçirilən könüllülük hərəkatı, könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində rolu haqqında danışıb. O, eyni zamanda, universitetdə gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının aşkara çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib. Rektor “BDU könüllüləri”nin universitetin ictimai həyatında fəal iştirak etdiyini xüsusi vurğulayaraq universitetin struktur bölmələrində və fakültələrində çalışan tələbə-könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Xüsusi fəallığı ilə seçilən tələbə-könüllülərə təşəkkürnamələr təqdim olunub.
“BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Az bir müddətdə qrup öz sıralarında 500-dən artıq fəal tələbəni birləşdirib. Hazırda 45 nəfər tələbə universitetin struktur bölmələrinin və fakültələrin fəaliyyətinə könüllü kimi cəlb olunub.

Tehsil-press.az



Oxşar xəbərlər