2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu - siyasi texnoloq

2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu - siyasi texnoloq 2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il oldu.
Bu barədə "Stmegi" informasiya portalına İsrailli siyasi texnoloq, PR agentliyinin sahibi Roman Qureviç deyib.
"Diplomatik əlaqələr 30 il əvvəl qurulub və artıq 1992-ci ildə Bakıda İsrail səfirliyi açılıb. Bu gün Azərbaycan və İsrail güclü, dostluq, sabit və etimada əsaslanan ikitərəfli münasibətləri qoruyur", - deyə o bildirib.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
"Hər il iki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr möhkəmlənib. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrailli investorların Azərbaycana, azərbaycanlı investorların İsrailə marağı artır. Demək vacibdir ki, möhkəm və etibarlı münasibətlərin əsası çox əsrlər əvvəl qoyulub, çünki əsrlər boyu Azərbaycan və yəhudi xalqlarını möhkəm dostluq bağlayıb", - deyə R.Qureviç bildirib.
İsrail siyasi texnoloq qeyd edib ki, Azərbaycanda doğulub böyüyən və dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraildə yaşayan bütün yəhudilər iki ölkəni birləşdirən möhkəm körpüdür.
"Niyə 2022-ci ilin Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar il olduğunu deyirik? Çünki İsraildə Azərbaycanın səfirliyinin açılması qərara alınıb. Bu, çox mühüm hadisədir, ikitərəfli münasibətlərdə yeni dövrdür. Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq, bütün sahələrdə, o cümlədən turizm və texnologiya sahələrində əlaqələrin inkişafına güclü təkan verəcək. Mən dəfələrlə israilli iş adamlarından ibarət nümayəndə heyətlərini Bakıya aparmışam və onların hamısı paytaxtın gözəlliyindən, tolerantlığın səviyyəsindən razı qalıblar", - deyə R.Qureviç qeyd edib.
İsrailli ekspert bildirib ki, İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir:
"Bu, üçüncü ölkələrə qarşı yönəlməyən dostluqdur. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahı, inkişafı və rifahına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yaxşılaşdırmaqdır. İsrailin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak etməsi təəccüblü deyil. Ona görə də hesab edirəm ki, 2023-cü ildə biz ölkələr arasında daha sıx iqtisadi əməkdaşlıq gözləməliyik".

Tehsil-press.az


Oxşar xəbərlər