“İqtisadi məsələlərə qeyri-səlis yanaşma” - elmi seminar

“İqtisadi məsələlərə qeyri-səlis yanaşma” - elmi seminar Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika kafedrasının təşkilatçılığı ilə “İqtisadi məsələlərə qeyri-səlis yanaşma” mövzusunda elmi seminar olub.
Seminarda İqtisadi kibernetika kafedrasının dosenti Reyhan Şıxlinskaya mövzu üzrə məruzə edib. Məruzəçi Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin müxtəlif elm sahələrinin inkişafında dərin izlər qoyduğunu və yeni yanaşma üsulları meydana gətirdiyini deyib. O, nəzəriyyənin intellektual texnologiyaların inkişafına güclü təsir göstərdiyini, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edilib ki, qeyri-səlis iqtisadiyyatın müstəqil elm sahəsi kimi inkişaf yolları 1970-ci illərdən müəyyənləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər