Bakı Dövlət Universiteti (BDU) və İsrailin Holon Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə BDU-da “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Mərasimdə Lütfi Zadənin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub. Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəlliklərini əks etdirən videoçarx və BDU-nun infoturu təqdim edilib.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Rektor E.Babayev böyük alim Lütfi Zadənin həyatı, elmi-tədqiqatları, elmi ideya və nəzəriyyələri haqqında məruzə ilə çıxış edib. Rektor böyük alim Lütfi Zadənin zəngin elmi fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Prezidentin 2021-ci il 25 yanvar tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.
E.Babayev böyük alimin həm ölkəmizdə, həm də dünya miqyasında öz layiqli qiymətini aldığını, onun zəngin elmi fəaliyyətinə görə nüfuzlu mükafatlara layiq görüldüyünü deyib, onun nəzəriyyələrinin elm və istehsalatda geniş şəkildə tətbiq olunmasından, elmdə inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsinin dünya elminə, texnologiyaya geniş nüfuz etməsindən bəhs edib. Rektor alimin irəli sürdüyü və inkişaf etdirdiyi nəzəriyyələrin müxtəlif elm sahələrinin, süni intellekt sahəsində tədqiqatların inkişafına böyük təkan verdiyini və bu nəzəriyyələrin üstün intellektual texnologiyalara güclü təsir göstərərək müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynadıqlarını söyləyib.
Videobağlantıya qoşulan İsrailin Holon Texnologiya İnstitutunun prezidenti professor Eduard Yakubov elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb.
Sonra Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, “Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Qaçay Mirzəyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Fazi iqtisadiyyatı laboratoriyasının rəhbəri, professor Qorxmaz İmanov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, Latviya Universitetinin professoru Aleksandr Sostak, Serbiyanın Nis Universitetinin professoru Ljubisa Koçinak və başqaları çıxış ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi, dosent Oqtay Babazadə çıxış edərək rejissoru olduğu “Uzaq və yaxın Lütfi Zadə” filminin çəkilişləri və dünyaşöhrətli alim ilə bağlı xatirələrini söyləyib.
Ailə üzvləri adından çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, professor Cənnət Səlimova konfransın təşkilinə görə BDU-ya və tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını bildirib.
Plenar iclasda Serbiyanın Nis Universitetinin alimi Ljubisa Koçinak “Qeyri-səlis və yumşaq topoloji fəzalarda seçici xüsusiyyətlər”, Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Mərkəzinin professoru Aleksey Averkin “Konneksionist və simvolik sistemləri arasında körpü olan qeyri-səlis sistemlərə müasir yanaşma”, Latviya Universitetinin professoru Aleksandr Sostaks “Qeyri-səlis əlaqələr müxtəlif riyazi strukturların qeyri-səlisləşdirilməsi üçün bir əsas kimi”, Türkiyənin Hacettepe Universitetinin alimi Çağdaş Hakan Aladağ “Üzvlük dəyərlərinə əsaslanan model qiymətləndirmə meyarı” mövzularında məruzələr ediblər.
Konfransın məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək, qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri aşkara çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqiqatçıları elmi araşdırmalara təşviq etmək, elmi-tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.
Tehsil-press.az