Riyaziyyat və Mexanika İnstitutu elmi seminar keçirəcək

Riyaziyyat və Mexanika İnstitutu elmi seminar keçirəcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərinin rəqabətliliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi professor Ramin Rzayev mövzu üzrə məruzə edəcək.
Məruzədə təhsil xidmətlərinin marketinq fəzasının və əmək bazarında universitetin rəqabət mövqeyinin qiymətləndirilməsi məqsədilə qeyri-səlis çıxarış sisteminə əsaslanan qeyri-səlis modellər işlənilib. Aparılan tədqiqatlar çərçivəsində universitetlərin rəqabətlilik səviyyələrinə görə ranqlaşdırılması üçün reytinq sisteminin işlənməsinə dair neural-fuzzy yanaşma təklif edilir.

Tehsil-press.az

Oxşar xəbərlər