Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Türk ad və soyadlarının transliterasiyası” mövzusunda dəyirmi masa keçirilib.
Mərkəzin direktoru professor Sevinc Əliyeva antroponimlərin mənsub olduğu hər bir xalqın tarixini, mədəniyyətini, dini etiqadını, adət-ənənələrini əks etdirən vahidlər kimi dilin lüğət tərkibinin mühüm hissəsini təşkil etdiyini bildirməklə ad və soyadların transliterasiyası sahəsində xeyli qüsur və nöqsanların olduğunu söyləyib. O, mövzunun aktuallığını vurğulamaqla KİV-də işlənən Avropa və türk mənşəli antroponimlərin yazılışındakı variantlılığın aradan qaldırılmasının, sözlərin yazıda dilimizin səs tərkibinə uyğun şəkildə ifadəsinin təmin edilməsi işində mütəxəssislərin iştirakının zəruriliyini qeyd edib.
“Türk ad və soyadlarının transliterasiyası” mövzusunda çıxış edən şöbə müdiri dosent Şahlar Məmmədov fonetik transkripsiya yolu ilə transliterasiya probleminin tam həll olunmaması səbəbindən xarici adların da yazılışı və tələffüzündə pərakəndəliyin hökm sürdüyünü, mövcud transliterasiya standartlarının praktik baxımdan yetərli olmamasını qeyd edib. Ad və soyadların türk dilindən dilimizə transliterasiyasında bəzi mübahisəli məqamların mövcudluğunu bildirib. Nəzərə çatdırıb ki, bəzən müvafiq səslərin konvertasiyası və sözlərin transliterasiyası məna təhrifinə səbəb olur. Bu baxımdan sözügedən antroponimlərin mənbə dildəki kimi yazılması daha məqsədəuyğundur. O, Monitorinq Mərkəzinin apardığı monitorinqlərin nəticələrinə əsasən, transliterasiya sahəsində vahid prinsiplərin olmamasını qeyd etməklə müasir türk dillərinin fonetik sistemində ümumi cəhətlərlə yanaşı, fərdi xüsusiyyətlərin nəzərə alınmasının zəruriliyini bildirib.
Müzakirədə çıxış edən alim və mütəxəssislər tədbirin olduqca aktual mövzuya həsr edildiyini vurğulayıb, türk ad və soyadlarının transliterasiya istiqaməti üzrə vahid transkripsiya normalarının hazırlanması, transliterasiya prinsiplərinin müəyyənləşdirilməsi, türk ad və soyadlarının transliterasiya lüğətinin hazırlanması və s. məsələlər barədə geniş bəhs ediblər.
Müzakirələrdə Mərkəzin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdiri Vəfa İsmayılova, AMEA Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli, şöbə müdiri Aysel Qəribli, elmi işçi Könül Mirzəyeva, Bakı Dövlət Universitetinin professoru Zemfira Şahbazova, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti Nuridə Novruzova, AMEA Əlyazmalar İnstitutunun şöbə müdiri Aygül Hacıyeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının şöbə müdiri dosent Dürdanə Rəhimova, Bakı Avrasiya Universitetinin kafedra müdiri Elmira Məmmədova-Kekeç, Bakı Avrasiya Universitetinin baş müəllimi Zəminə Rüstəmbəyli, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi İctimai Birliyinin üzvü Aygün Əzizli, “Grammar Azi”nin təsisçisi Murad Hüseynov iştirak ediblər.
Tehsil-press.az