AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirə keçirilib.
Konfransda Bakı Dövlət Universitetinin professorları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Bakı şəhəri tam orta məktəblərinin müəllimləri, media nümayəndələri iştirak ediblər.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli iclası açaraq bildirib ki, Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 2021-ci iyunun 18-də qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” mövcud orfoepiya lüğətlərinin, orfoepiya ilə bağlı elmi ədəbiyyatın, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin fikirlərinin müqayisəsi əsasında hazırlanıb. Normalarda sözlərin fonetik, leksik, leksik-semantik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə alınıb.
Professor vurğulayıb ki, orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir. Hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır. Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır.
Sonra institutun şöbə müdiri dosent Kifayət İmamquliyeva mübahisəli bəndləri diqqətə çatdırıb.
Vurğulanıb ki, “Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.
Eksperimental fonetika laboratoriyasının müdiri dosent Nəzakət Qazıyeva qeyd edib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır: Burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.
İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunması məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olnması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].
Sonra professorlar Qulu Məhərrəmli, Tofiq Müzəffəroğlu, Rüfət Rüstəmov, Zemfira Şahbazova, Həbib Zərbəliyev, İlham Tahirov, Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov, filologiya üzrə fəlsəfə doktoru İlkin Əsgərov, Qramer.az səhifəsinin rəhbəri Murad Hüseynov çıxış ediblər. Bildiriblər ki, konfrans çox aktual mövzuya həsr olunub. Vurğulanıb ki, orfoepiya normaların hazırlanmasında fonetik prinsipə əməl edilib. Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.
Tehsil-press.az