Erməni millətçiləri tərəfindən dağıdılan abidə - Damcılı məbədi

Erməni millətçiləri tərəfindən dağıdılan abidə - Damcılı məbədi İndiki Ermənistan ərazilərində nəinki İslam dövrü abidələri, eləcə də xristianlıq dövrünə qədər və xristianlıq dövrü abidələri də kütləvi şəkildə məhv edilir. Ermənistanın müstəqillik dövründə aktuallaşan vandalizm aktları, bu günümüzə qədər davam etməkdədir. Ermənilərə aid olmayan bütün mədəni irs nümunələri onlar tərəfindən ya dağıdılır ya da forması dəyişdirilərək mənimsənilir.
Bu fikirləri AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov söyləyib. O bildirib ki, erməni vandalizminə uğradılan, dağıdılan abidələrdən biri də Damcılı kəndindəki Alban dövrü məbədidir. Abidə erməni millətçiləri tərəfindən dağıdılaraq tam yararsız hala salınıb.
Damcılı məbədinin qalıqları, indiki Ermənistan Respublikasının Aparan (Abaran) rayonunun Damcılı (Mravyan) kəndindədir. Ermənilər Damcılı kəndinin adını 1935-ci ildə Mravyan, 1991-ci ildə isə dəyişərək Eqipatruş adlandırıblar. Min illik tarixi olan Damcılı kəndinin əhalisi azəri türklərindən ibarət olub. 1988-ci ildə azərbaycanlılara qarşı tətbiq olunan etnik təmizləmədən sonra kənddə bir nəfər də olsun azəri türkü qalmayıb.
Damcılı kəndi mahal mərkəzindən 27 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Aparan şəhərindən 15 kilometr cənubda, Aparan su anbarının cənub-şərqində, İrəvan-Aparan magistral yolundan 10 kilometr sağ tərəfdə yerləşir. Kəndin sol tərəfində sovet arxeoloqları min illik tarixi olan qədim şəhər qalıqları aşkar etmişdilər. Arxeoloji qazıntılar zamanı kəndin ərazisindən eramızdan əvvəl III-II minilliklərə aid bəzək əşyaları, saxsı damğalar tapılmışdı. Kənddə IV-V əsrlərə aid Alban dövrü memarlığının unikal nümunələrindən olan monastr da mövcud olub. Lakin 1980-1988-ci illərdə Ermənistanda baş qaldıran şovinist millətçilər tərəfindən kəndin bütün əhalisi deportasiya edilib, kənddə türk xalqının izini silmək üçün tarix və mədəniyyət abidələri dağıdılıb, bir çox bədii daş nümunələri və daş kitabələr məhv edilib, bina və qurğular uçurdularaq yararsız hala salınıb. Damcılı məbədi də azərbaycanlıların qovulduğu dövrdə uçurdularaq yararsız hala salınmışdı.
1991-ci ildə Damcılı kəndində erməni əsilli insanlar məskunlaşdırıldı. Kənd yenidən tikilib müasirləşdirilsə də, kənddəki mədəni dəyərlərinin bərpasına Ermənistan hökuməti tərəfindən icazə verilmədi.

Tehsil-press.az

Oxşar xəbərlər