Xəzər Universitetinin müəllimləri beynəlxalq arxeoloji tədqiqatda

Xəzər Universitetinin müəllimləri beynəlxalq arxeoloji tədqiqatda Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və doktorant Orxan Zamanov Damcılı mağarasında aparılan Azərbaycan-Yaponiya birgə arxeoloji tədqiqatlarında iştirak ediblər. Azərbaycan tərəfdən qazıntıların rəhbəri Yaqub Məmmədov, Yaponiya tərəfdən isə Tokio Universitetinin professoru Yoşihiro Nişiaki olub.
Qazax şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən Avey dağının şərq ətəyində, Daş Salahlı kəndindən 3 kilometr qərbdə, dəniz səviyyəsindən təxminən 650 metr yüksəklikdə yerləşən Damcılı mağarası 1953-cü ildə Sergey Zamyatin və Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb. 1956-1957-ci illərdə aparılan tədqiqatlar zamanı 2 mindən artıq fauna qalığı və 7 mindən artıq daş məlumatları aşkar olunub. 2016-2019-cu illərdə aparılmış tədqiqatlar nəticəsində 4 mindən artıq arxeoloji nümunə üzə çıxarılıb. Tədqiqatların növbəti ildə də davam etdirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər