Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.
Qiyabi və əlavə təhsil mərkəzində təşkil olunan tədbirdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev, direktor müavini dosent Həbib Vəliyev, Humanitar fənlər kafedrasının baş müəllimi İbrahim Babayev və Azərbaycan dili kafedrasının dosenti Aynur Qədiməliyeva çıxış ediblər.
Çıxış edənlər 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, həmin günün xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini bildiriblər. Azərbaycan xalqının hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad etdiyini, bu qanlı tarix barədə həqiqətlərin, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının bütün dünyaya çatdırıldığını vurğulayıblar.
Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən tədbirdə departamentin direktoru, dosent Gülnarə Rzayeva, Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov, dosent Yusif Fərzəliyev əsas məruzəçi kimi çıxış edərək, 20 Yanvar faciəsinin tarixi, törədilmə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat veriblər. Onlar sovet ordusunun törətdiyi 20 Yanvar faciəsinin xalqımızın iradəsini qıra bilmədiyini və azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıblar.
Tədbirdə çıxış edən professorlar Tofiq Əbdülhəsənov, Vəkil Həsənov, Afət Abbasova, dosent Validə Əliyeva, baş müəllim Xanlar Fərhadov 20 Yanvar hadisələrinin şahidləri kimi həmin günlə bağlı acı xatirələrini bölüşüblər.
Tehsil-press.az