Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bildirib ki, gənc nəsil 20 Yanvar faciəsini, bütövlükdə həmin dövrdə keçmiş Sovet İttifaqında baş vermiş hadisələri dərindən öyrənməlidir. Qeyd edilib ki, 1988-ci ildən başlayaraq öz müstəqilliyinə doğru gedən Azərbaycan xalqına qarşı ciddi təhdidlər yaranmışdı. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya sovet qoşunu yeridildi. Lakin sovet imperiyasının rəhbərliyi xalqın milli-azadlıq hərəkatını çökdürə bilmədi. Vurğulanıb ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn və dəhşətli qətliamı kəskin pisləyən bəyanatla çıxış edən Ulu Öndər bununla həmişə öz doğma xalqı ilə birgə olduğunu sübut etdi. Xalqımızın milli-azadlıq hərəkatının mühüm mərhələsi olan 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə qovuşmasında müstəsna rol oynadı. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisdə 20 Yanvar faciəsinə dolğun hüquqi-siyasi qiymət verildi.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Zəfərlə bütün şəhidlərimizin qisası alındı.
Tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə fikirlərini bölüşüb. Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.
“20 Yanvara aparan yol” mövzusunda məruzə ilə çıxış edən Elmi-tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov həmin hadisələrin canlı şahidi kimi faciə ilə bağlı maraqlı faktları, statistik məlumatları diqqətə çatdrıb. O vurğulayıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Qanlı 20 Yanvar faciəsi müstəqil xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı.
Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Xanım Gülbalayeva “Qanlı Yanvar şəhidlərini unutmarıq!”, həmin fakültənin tələbəsi Günel Məmmədova “İlham və Fərizə dastanı” adlı videosüjet təqdim ediblər. BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri isə 20 Yanvar faciəsini əks etdirən şeir və mahnılar səsləndiriblər.
Tədbir İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədovanın və digər iştirakçıların çıxışları ilə başa çatıb.
Qeyd edək ki, universitetin foyesində 20 Yanvar hadisələrini əks etdirən stend hazırlanıb. Filologiya fakültəsində isə faciəyə həsr olunmuş tədbir keçirilib.
Tehsil-press.az