Xəbər verdiyimiz kimi, bu günlər Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu silsilə tədbirlərdə Azərbaycan xalqının tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri haqqında yüksək milli təəssübkeşliklə vətənpərvər ruhda çıxışlar edilir, hadisəyə geniş və obyektiv qiymət verilir.
BSU-da Azərbaycan tarixi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə yanvarın 15-də “20 Yanvar - milli şüurun oyanışı günü” mövzusunda keçirilən konfrans da bu baxımdan diqqəti cəlb edir.
Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova BSU-da 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib və bu tədbirin də həmin silsilə tədbirlərdən biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov 20 Yanvar faciəsindən 30 il ötməsinə baxmayaraq, həmin məşəqqətli günlərin hər birimizin yaddaşına əbədi həkk olunduğunu bildirib. Professor C.Məmmədov qeyd edib ki, 1990 - cı ilin 20 Yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosentləri Ərzuman Əmirov, Adil Əliyev, kafedranın baş müəllimi Əli Rüstəm çıxışlarında bildiriblər ki, 1990-cı ilin qanlı-qadalı günlərində Azərbaycan xalqı istiqlal əzmini ortaya qoyaraq bu dəyər uğrunda canından keçməyə hazır yüzlərlə övladının olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin xatirəsinin daim uca tutulduğunu, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələrinin yeni nəsillərə çatdırılmasının vacibliyini vurğulayan çıxışçılar ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatıdırıldığını bildiriblər.

BSU-nun Mətbuat Xidməti