
Davos forumunda çıxış edən Tedros Qebreyesus bunun üçün ayrıca şura yaradılması ilə bağlı planlarını açıqlayıb.
ÜST-nin rəhbəri xatırladıb ki, hazırda mövcud olan vərəm peyvəndi 100 il əvvəl yaradılıb. Onun fikrincə, beynəlxalq ictimaiyyət pandemiyadan dərs almalıdır.
O xatırladıb ki, hazırda 16 peyvənd üzərində iş gedir. “Prosesi hökumətlər, biznes, elm və vətəndaş cəmiyyətinin iştirakı ilə sürətləndirmək olar”, - deyə Qebreyesus bildirib.
Tehsil-press.az