Bütün ölkələr üçün peyvəndlərə bərabər çıxışı pandemiyaya qalib gəlməyə imkan verəcək - ÜST

Bütün ölkələr üçün peyvəndlərə bərabər çıxışı pandemiyaya qalib gəlməyə imkan verəcək - ÜST Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus hesab edir ki, pandemiyanın sonu yalnız peyvəndlərə ədalətli çıxış prinsipini pozmağı dayandırmaqla başa çata bilər.
Bu barədə ÜST rəhbəri Rusiyanın "İzvestiya" qəzetində dərc olunan məqaləsində bildirib.
T.Qebreyesus qeyd edib: "Buna görə də, vaksinlərə ədalətli çıxış prinsipi nə qədər çox pozularsa, virusun transformasiyaya davam etməsi riski bir o qədər yüksəkdir, və biz bu dəyişiklikləri nə proqnozlaşdıra, nə də qarşısını ala biləcəyik. Ədalətsizliyə son qoymaqla pandemiyaya son qoya bilərik".
Onun fikrincə, bəzi ölkələrdə həddindən artıq peyvənd ehtiyatının formalaşması səbəbindən ədalətlilik prinsipi (bütün ölkələrin dərmanlara bərabər çıxışı) pozulub və "omikron" ştammının yaranması üçün ideal şərait yaradılıb.
T.Qebreyesus həmçinin hesab edir ki, pandemiyaya qalib gəlmək üçün bütün ölkələr 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-nin peyvənd olunmasına nail olmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər