Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il COVİD-19 səbəbiylə həyatını itirənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Bu haqda Təşkilatın Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib.
Qebreyesus virusun təsirini göstərməyə başladığı 2019-cu ilin sonundan bu yana dünyada virusdan 6,45 milyon insanın öldüyünü deyib.
Həyat itkisinin qarşısını almaq üçün vasitələrin mövcudluğuna baxmayaraq, bu cür ölümlərin qəbuledilməz olduğunu vurğulayan Qebreyesus, “Biz bütün hökumətləri əhalinin 70 faizinin peyvənd edilməsi hədəfinə doğru səhiyyə işçilərini, yaşlıları və yüksək risk altında olan insanları peyvənd etməyə çağırırıq” bildirib.
Qebreyesusun sözlərinə görə, dünya əhalisinin üçdə biri, səhiyyə işçilərinin üçdə ikisi və yaşlıların dörddə üçü hələ də peyvənd edilməyib.
Tehsil-press.az