13 yaşlı qız smartfona görə anasını öldürdü

13 yaşlı qız smartfona görə anasını öldürdü Yaponiyanın Şizuoka prefekturasında məktəbli qız yatmış anasını vəhşicəsinə bıçaqlayaraq ölümünə səbəb olub.
Yataq otağında bıçaqlanmış qadını aşkar edən xadimə polisə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları 13 yaşlı qızın anasına ölümcül yaralar vurduğunu bildiriblər, qız törətdiyi əməli polisə etiraf edib.
Məlum olub ki, məktəbli qətldən bir qədər əvvəl daim smartfondan istifadə etdiyi üçün anası ilə mübahisə edib və onu öldürmək qərarına gəlib. Qız anası yuxuya gedənə qədər gözləyib, yataq otağına girib və qadına bıçaqla hücum edib. Həmin bıçaq hadisə yerində aşkarlanıb.
Məktəbli yetkinlik yaşına çatmayan cinayətkarlarla iş üçün xüsusi müəssisəyə yerləşdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər