Pedaqoji Universitetin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Pedaqoji Universitetin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektor və prorektorları, fakültə dekanları, kafedra müdirləri, şöbə, bölmə və mərkəz müdirləri, professor-müəllim heyəti, tələbə təşkilatlarının nümayəndələri, fəal tələbələr 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad olunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Tehsil-press.az


Oxşar xəbərlər