Zelenski helikopter qəzasında həlak olanlarla vida mərasimində

Zelenski helikopter qəzasında həlak olanlarla vida mərasimində Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının ərazisində baş verən helikopter qəzasının qurbanları ilə vida mərasimi keçirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena Zelenskaya da vida mərasiminə qatılıb.
Qeyd edək ki, qəzada ölkənin DİN rəhbəri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olub.
Həmçinin, Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirib ki, biri uşaq olmaqla, ümumilikdə 14 nəfər ölüb, 11-i uşaq olmaqla 25 nəfər yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər