"Hər halda onlar üçün Navalnının dövründə var-dövlətlərinin 30%-ni itirmək Putinin hakimiyyəti zamanı 90%-ni itirməkdən daha yaxşıdır..."
"Əvvəlcə Kreml elitası Rusiya Federasiyasının hazırkı baş naziri Mixail Mişustinin namizədliyini nəzərdən keçirsə də, müxalifət lideri Navalnının Rusiyanın yeni rəhbəri ola biləcəyi istisna edilmir..."
Rusiya elitası Putini hakimiyyətdən uzaqlaşdırmağı düşünür. Bu, inanılmaz görünsə də, Rusiya Federasiyasının növbəti rəhbərinin müxalifət lideri Aleksey Navalnı olacağı istisna edilmir.
Bu gözlənilməz proqnozu “Bellingcat” müstəqil beynəlxalq kəşfiyyat cəmiyyətinin rəhbəri Xristo Qrozev Ukraynanın "Qlavkom" nəşrinə müsahibəsində açıqlayıb.
“Əvvəlcə biz gördük ki, Kremldə elitanın ayrı-ayrı üzvlərinin əllərini hər cür “təmiz” saxlamağa çalışırdılar ki, lazım gələrsə, bir müddət sonra onlardan istifadə etsinlər”, - deyə Qrozev bildirib.
Onun sözlərinə görə, vəziyyətin xoşagəlməz inkişafı zamanı Putinin yerinə əvvəlcə "əlləri təmizləri", xüsusən də Rusiya Federasiyasının hazırkı baş naziri Mixail Mişustini nəzərdən keçiriblər.
"Lakin onun əlləri sonda müharibə ilə əlaqəli olmaqla çirkləndi... Əgər prezident çevrəsində mütləq çoxluq təşkil edən gizli üsyançıların sosial inqilabın nəticələrini möhkəmləndirmək imkanı olarsa, seçkilərdən sonra hakimiyyətə Aleksey Navalnının gəlməsi tamamilə mümkün ola bilər. Yeri gəlmişkən, o, artıq elan edib ki, o, hakimiyyət sükanının arxasına keçərsə, oliqarxiyadan dövlət büdcəsinin xeyrinə var-dövlətlərinin 30%-ni tələb edəcək. Hər halda onlar üçün Navalnının dövründə var-dövlətlərinin 30%-ni itirmək Putinin hakimiyyəti zamanı 90%-ni itirməkdən daha yaxşıdır”, - deyə araşdırmaçı jurnalist vurğulayıb.
Xatırladaq ki, hazırda Rusiya müxalifətinin lideri Aleksey Navalnı həbsdədir. 2022-ci il martın 22-də Moskvanın Lefortovski rayon məhkəməsi Navalnıya ciddi rejimli koloniyada çəkiıməklə 9 illik həbs cəzası verib.
Materialda o da xatırladılır ki, bir müddət əvvəl rusiyalı müxalif politoloq Abbas Qallyamov Kreml elitasının müharibədəki məğlubiyyətdən sonra Rusiyanın özündə iğtişaşların qarşısını almaq variantları ilə bağlı panikaya düşdüyünü bildirib. Seçimlərdən biri “varis əməliyyatı”dır.
Amerikalı general Ben Hodjes Çeçenistanın qalmaqallı rəhbəri Ramzan Kadırov və Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Rusiyanın çöküşünə hazırlaşdıqları və buna görə də öz ordularını yaratdıqları barədə fikir bildirib.
Britaniya hərbi kəşfiyyatının keçmiş zabiti Filip İnqram isə məhz Priqojinin Putinin varisi olacağı iddiasını irəli sürüb.
Bu arada Xristo Qrozev də qeyd edib ki, son vaxtlar Putinlə Priqojin arasında qarşıdurma yaranmaqdadır...
Tehsil-press.az