Peskovdan Navalnının Putinlə bağlı videosuna sərt reaksiya

Peskovdan Navalnının Putinlə bağlı videosuna sərt reaksiya “Aleksey Navalnının “Putinin sarayı” ilə bağlı araşdırmasında saf cəfəngiyatdan başqa bir şey yoxdur”.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınır - red.) “Putin sarayı” ilə əlaqəli “yalançı istintaq” məqsədi əhalinin pulunu mənimsəməkdir.
Prezidentin mətbuat katibi FBK-nin yayımladığı və yutubda artıq 37 milyon dəfə izlənilən videoda əsassız ifadələr, cəfəngiyat və uydurmadan başqa bir şey olmadığını qeyd edib.
“Bu möhtəşəm materialın sonunda pul köçürülməsi üçün hesab nömrələri göstərilir. Mənə elə gəlir ki, bu, yəqin ki, bu cür materialların, belə yalançı araşdırmaların əsas vəzifəsidir. Məhz bu elə əsas dələduzluqdur. Xüsusilə bu qədər baxış olduğu üçün bütün vətəndaşları xəbərdar edirik: pulu həqiqətən belə fırıldaqçılara köçürmədən əvvəl düşünün”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı 19 yanvarda “Putinin sarayı” adlı araşdırma videosu yayımlayıb. Videoda Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır. Araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv Gelencik buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar).

Tehsil-press.az

Oxşar xəbərlər