Təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili sahəsində İspaniya təcrübəsi öyrənilir

Təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili sahəsində İspaniya təcrübəsi öyrənilir Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə işgüzar səfər edib.
Səfərin məqsədi təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənməkdir.
Səfər çərçivəsində Barselona şəhərində yerləşən IESE Biznes Məktəbinin Dövlət-Özəl Tərəfdaşlıq Mərkəzi, həmçinin Kataloniya əyalətinin Təhsil, Tədqiqatlar, Maliyyə nazirliklərinin rəhbərlikləri ilə görüşlər reallaşdırılıb. Muxtar əyalətin təhsil sistemi haqqında məlumat əldə edilib, özəl sektorun müxtəlif təhsil pillələrində rolu, maliyyələşdirmə mexanizmləri, o cümlədən dual peşə təhsili istiqamətindəki layihə nəzərdən keçirilib.
Dörd gün davam edən təlim zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fəaliyyət göstərən məktəbəqədər, ümumtəhsil, peşə və ali təhsil müəssisələrində görüşlər təşkil olunub.
Səfər Avropa İttifaqının maliyyələşdirdiyi “Dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə təhsil sektoruna davamlı maliyyə resurslarının cəlb olunması” layihəsi çərçivəsində reallaşdırılıb.

Tehsil-press.az


Təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili sahəsində İspaniya təcrübəsi öyrənilir

Təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili sahəsində İspaniya təcrübəsi öyrənilir

Oxşar xəbərlər